Elmira Axundova: "Söyüş kişiliyə yaraşmaz"

"Azərbaycan Prezidentinə qarşı qara piar aparmaq istəyənlər gəlib kişi kimi ölkədə mübarizə aparsınlar"
Sputnik

BAKI, 3 aprel — Sputnik. "Azərbaycan prezidentinə qarşı qara piar aparmaq istəyənlər gəlib kişi kimi ölkədə mübarizə aparsınlar. Arxadan zərbə kişi işi deyil". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında millət vəkili Elmira Axundova deyib.

"Bu insanlar səviyyəsizdirlər, parlamentdə heç müzakirəyə də layiq deyillər və xalq onlara inanmır. Kimsə prezidentliyə namizədliyini irəli sürə bilməyibsə, biz bunun üçün neyləməliyik? Kim söyüş söyürsə, əlbəttə, məhkəməyə veriləcək", — millət vəkili bildirib.