Tanınmış aktyor dünyasını dəyişdi

Dünən gecə xəstəxanaya aparılsa da, aktyor bu gün səhər saatlarında həyatını itirib
Sputnik

BAKI, 3 aprel — Sputnik. Türkiyədə milyonların “Tatlı Kaçıklar” serialından sevərək izlədikləri Dursun Ali Sarıoğlu vəfat edib.

Dursun Ali Sarıoğlu

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 81 yaşlı Dursun Ali Sarıoğlu infakt keçirib. Dünən gecə xəstəxanaya aparılsa da, aktyor bu gün səhər saatlarında həyatını itirib.

Dursun Ali Sarıoğlu “Kurtlar Vadisi Pusu”, “Kabadayı”, “En Son Babalar Duyar” və digər filmlərdə də çəkilib.