QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kiselyov Qarabağ münaqişəsi haqda: "Bu, çətin çağırışdır"

"Rossiya seqodnya" BİA-nın rəhbəri Dmitri Kiselyov deyir ki, Qarabağ münaqişəsinin həlli mənbəyi Ermənistanla Azərbaycan arasındakı razılıqdır
Sputnik

Dmitri Kiselyov: "Dağlıq Qarabağ münaqişəsini tələsik həll etmək mümkün olmayacaq"
"Qarabağ münaqişəsi həm Azərbaycan, həm də Ermənistan üçün çətin çağırışdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Rossiya seqodnya" BİA-nın rəhbəri Dmitri Kiselyov deyib.

Onun sözlərinə görə, hər iki ölkədə radikal həll variantlarını təklif edən müəyyən şəxslər var, lakin bu problemi tələsik həll etmək mümkün olmayacaq.

"Qarabağ münaqişəsinin həllinin mənbəyi Ermənistan və Azərbaycan arasında razılaşmadır. Mənim fikrimcə, bu razılaşmaya imza atacaq liderlər özlərinin çoxlu sayda vətəndaşlarının həyatlarını qoruduqlarına və münasibətlərdə inkişaf etdirilə biləcək balansı tapdıqlarına görə tarixdə sülh yaradan kimi qalacaqlar. Bu məsələnin müsbət nəticələri mənfidən, ilk baxışda göründüyündən dəfələrlə çox olacaq", — deyə Kiselyov bildirib.

"Rossiya seqodnya" BİA-nın rəhbərinin geniş şərhini audiofaylda dinləyə bilərsiniz.