HADİSƏ

Azərbaycanda məşhur həkim vəfat edib

Həkimin qəflətən təzyiqi qalxıb və beyninə qan sızıb
Sputnik

BAKI, 3 aprel — Sputnik. "Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr.Səbinə Mirzəyeva bu gün vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a Səbinə Mirzəyevanın yaxın qohumu məlumat verib.

O bildirib ki, həkimin qəflətən təzyiqi qalxıb və həkimlərin müdaxiləsinə baxmayaraq, S.Mirzəyeva beyninə qan sızmasından vəfat edib.