Trampı donuza çevirdilər

Jurnalın əsas məqaləsi "501 gün bataqlıqda" adlanır
Sputnik

BAKI, 2 aprel — Sputnik. "Nyu-York Magazin" jurnalının yeni nömrəsinin üz qabığında ABŞ prezidenti Donald Trampın portreti yer alıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, jurnalın üz qabığındakı təsvirdə Trampın burnunun yerinə donuz burnu çəkilib.

Fotokollajda "Gizli sui-qəsd deyil. Bacarıqsızlıq deyil. Qəddarlıq deyil. Hər şey korrupsiyaya bağlıdır, axmaq" ifadələri də yer alıb. Jurnalın ABŞ-ın 45-ci prezidentinə həsr edilən əsas məqaləsi "501 gün bataqlıqda" adlanır.

Hələlik məsələ ilə bağlı Ağ Evdən rəsmi münasibət bildirilməyib.