Rusiyada azərbaycanlını öldürərək yandırıblar

Cinayət işi ilə bağlı araşdırma davam edir
Sputnik

BAKI, 2 aprel — Sputnik. Rusiyanın Yujno Saxalinsk vilayətində 55 yaşlı azərbaycanlını öldürdükdən sonra yandırıblar. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, məhkəmə tibbi ekspertiziyasının rəyinə görə, kişi qapalı kəllə beyin travması səbəbilə dünyasını dəyişib.

Fabrik işçisinin qətl edildiyi üsul heç faşistlərin ağlına gəlməzdi

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı kişi və 35 yaşlı yerli sakin olan qadın saxlanılıb.

İstintaq məlumatına görə, qətlə yetirilmiş şəxs və şübhəlilər kirayə ev götürüblər və kirayə haqqını aralarında bölərək ödəməyə qərar veriblər. Ancaq qətlə yetirilən şəxs borcları olduğuna görə bir neçə ay imiş ki, öz payına düşən haqqı ödəyə bilmirmiş.

Şübhəli qismində saxlanılan qadın və kişinin martın 29-da spirtli içki qəbul etdikdən sonra qətlə yetirilmiş şəxslə aralarında mübahisə başlayıb. Mübahisə əsnasında kişiylə qadın əlbir olub 55 yaşlı azərbaycanlıya müxtəlif bədən xəsarətləri yetiriblər. Ertəsi gün səhər isə onun öldüyünü görüblər və meyiti yandıraraq hadisə yerini tərk ediblər.

Cinayət işi ilə bağlı araşdırma davam edir.