Daha bir diktator öldü

Keçmiş diktator 91 yaşında vəfat edib
Sputnik

BAKI, 2 aprel — Sputnik. Latın Amerikası ölkəsi olan Qvatemalada 1982-1983-cü illərdə

Efrain Rios Montt
17 ay hakimiyyətdə olmuş diktator  Efrain Rios Montt dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Monttun vəkili açıqlama verib.

Vəkilin sözlərinə görə, keçmiş diktator Montt bazar günü, 91 yaşında vəfat edib.

Qeyd edək ki, Montt 2013-cü ildə Amerika qitəsinin yerli əhalisi olan mayalılara qarşı soyqırımı törətməkdə ittiham olunub. Daha sonra bu ittiham onun üzərindən götürülüb.