HADİSƏ

Faciəvi ana ölümünə səbəb olanlar cavab verəcəklər

Şəki rayon Prokurorluğundan bildirilib ki, iş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək
Sputnik

BAKI, 1 aprel — Sputnik. Şəki Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı martın 28-də Şəki Regional Perinatal Mərkəzinə qəbul olunaraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirmiş, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, faktla bağlı Şəki rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.

Şəki rayon Prokurorluğundan bildirilib ki, iş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.