HADİSƏ

Qonşuda baş vermiş zəlzələnin qurbanlarının sayı artır

İranda baş vermiş zəlzələ zamanı 23 nəfər xəsarət alıb
Sputnik

BAKI, 1 aprel — Sputnik. İranın qərbində baş vermiş 5,3 bal gücə malik zəlzələ zamanı 23 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, onlara ambulatior tibbi yardım göstərilib. Qeyd edək ki, bu gün İranda 5,3 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentri İranın İlam şəhərindən 89 kilometr şimal-qərbdə, Sarpol-e-Zahabidən 25 kilometr cənubda və İraqın paytaxtı Bağdaddan 163 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.