BAKI, 1 aprel — Sputnik. Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.
Ağayevin sözlərinə görə, tıxaca səbəb Şəfa stadionu qarşısında baş vermiş avtonəqliyyat hadisəsdir:
"Bir qədər əvvəl üzü şəhərə istiqamətdə Şəfa stadionundan sonra nəqliyyat vasitəsi aşıb. Bu səbəbdən də Heydər Əliyev prospektinin həmin hissəsində nəqliyyatın hərəkətində sıxlıq yaranıb".