On ildən sonra dünyanın ən güclü ordusu bu ölkədə olacaq

Bir müddət öncə The National Interest jurnalı 2030-cu il üçün ordusu daha güclü olacaq 5 ölkənin adını yazıb
Sputnik

BAKI, 1 aprel — Sputnik. ABŞ-ın ordu naziri Mark Esper bəyan edib ki, 2028-ci ilədək Amerika ordusu istənilən müharibədə qalib gələ biləcək səviyyəyə çatacaq. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, o bildirib ki, 10 ildən sonra ABŞ dünyanın istənilən nöqtəsinə və istədiyi vaxt hərbi kontingent çıxara biləcək. Bundan əlavə amerikalılar istənilən düşmənlə qələbəyədək döyüşərək eyni zamanda digər ölkələrin və qeyri-nizami hərbi birləşmələrin də qarşısını ala biləcəklər.

Nazirin sözlərinə görə, amerikalılar buna müasir silahların tətbiqi və yeni döyüş taktikasından istifadənin sayəsində nail olacaqlar. Esperin fikrincə, ABŞ hərbi texnikası dağıdıcı qabiliyyətlərinə görə dünyada birinci olacaq.

Nazir bildirib ki, bu məqsədə nail olmaq üçün artıq ordu quruculuğu və doktrinaya müvafiq dəyişikliklər edilir.

Bir müddət öncə The National Interest jurnalı 2030-cu il üçün ordusu daha güclü olacaq 5 ölkənin adını yazıb. Siyahıda ABŞ da var.