BAKI, 31 mart — Sputnik. Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çem In 25-28 mart tarixlərində Çinə səfər edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu müddətdə Çinin milli Weibo servisində "kök" və "donuz" sözlərinin işlədilməsi qadağan edilib. İddiaya görə, rəhbərlik, istifadəçilərin bu sözlərlə Kim Çen Inın Çin səfərini axtardıqlarını güman edərək, servisdə bu cür axtarışları blok edilib.
Mütəxəssislər bildirir ki, bir neçə gün ərzində "uşaq", "kök" "donuz" və "üçüncü" sözləri axtarış zamanı çıxmayıb.
Amma 28 martda axtarış sistemi "Kök III" və "Kök III Kim" sorğularını bərpa edib. Bu sözlərin Şimali Koreya liderinin ünvanına yazıldığı sirr deyil. Kimin səfəri başa çatandan sonra bəzi “itmiş” materiallar yenidən axtarış sistemində bərpa edilib.