BAKI, 30 mart — Sputnik. Türkiyədə Bintaş məhəlləsində yaşayan çoban Halil Ergüneşə aid qoyun sürüsündə yeni doğulan çəpiş görənləri heyrətləndirib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, doğulan çəpişin başı olmayıb. Çəpişi əlinə alan çoban gördüklərinə inanmayıb. O, hətta çəpişdən qorxdu]unu deyib: "Gördüklərimə inanmadım, hətta qorxdum da. Başı olmasa da, heyvan yaşayırdı. 10-15 dəqiqə yaşadı və sonra öldü".