BAKI, 30 mart — Sputnik. Türkiyənin Siirt vilayətinin Eruh rayonu yaxınlığında yerləşən Ormanardı hərbi hissəsinə PKK terror təşkilatının silahlıları tərəfindən hücum edilib. Sputnik Azərbaycan"DHA"ya istinadla xəbər verir ki, hücum nəticəsində 5 hərbçi şəhid olub, 7 təhlükəsizlik əməkdaşı da yaralanıb.
Siirt valisi Ali Fuad Zirək səhər saatlarında baş verən terror aktından sonra xəstəxanaya gələrək yaralılara baş şəkib. Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir.