BAKI, 30 mart — Sputnik. Azərbaycanda informasiya sistemləri vasitəsilə göndərilmiş elektron sorğu əsasında dövlət torpaq kadastrı məlumatları 1 gün ərzində təqdim ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edib.
Qeyd edək ki, dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxildir. Fond Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamındadır.