CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qəribə, çox qəribə əhvalat"

Səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz vəziyyətlə üzləşməsindən bəhs edir
Sputnik

BAKI, 30 mart — Sputnik. Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Miro Havranın pyesi əsasında hazırlanan "Qəribə, çox qəribə əhvalat" tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mart ayının sayca üçüncü premyerası olan səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azər Paşa Nemətovdur. Tamaşada xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, aktyor Ramin Şıxəliyev çıxış edib. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsəri bir qadın tərəfindən aldadılan iki kişinin çıxılmaz vəziyyətlə üzləşməsindən bəhs edir.