ABŞ-a getmək istəyənlərin nəzərinə: Qaydalar daha da sərtləşdirilir

Məlumatda qeyd edilir ki, yeni tələblər Tramp administrasiyasının ötən il təklif etdiklərindən sərt deyil
Sputnik

BAKI, 30 mart — Sputnik. ABŞ-a getmək istəyənlər daha bir qəribə tələblə üzləşəcəklər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Amerika prezidenti Donald Trampın administrasiyası Amerika vizası üçün müraciət edən potensial miqrantlardan sosial şəbəkələrdə son 5 ildəki aktiv akkauntları barədə məlumatları tələb edəcək.

Dövlət Departamenti tərəfindən hazırlanan tələb bütün iddiaçılara şamil ediləcək. Ağ Evin hesablamalarına görə, bu tələb 15 milyon potensial miqranta, o cümlədən ABŞ-da daimi yaşayış yeri əldə etmək istəyənlərə aid ediləcək. Bu zaman diplomatik vizalar istisna təşkil edəcək.

Ağ Ev rəhbəri dünyaya yeni müharibə vəd edir

Sosial şəbəkələrlə yanaşı, ərizə ilə müraciət edənlərdən köhnə telefon nömrələri, elektron poçt ünvanları, immiqrasiya qanunlarını pozub-pozmamaları, eləcə də ailə üzvlərindən birinin terror fəaliyyətində mümkün iştirakı bağlı suallar sorulacaq.

Yeni qanun hələ qüvvəyə minməyib. Dövlət Departamenti bu gün dəyişikliklərlə bağlı rəsmi məlumat dərc edəcək. Bundan sonra Amerika ictimaiyyətinin təkliflərə reaksiya verməsi üçün 60 gün vaxtı olacaq.

Məlumatda qeyd edilir ki, yeni tələblər Tramp administrasiyasının ötən il təklif etdiklərindən sərt deyil. Belə ki, əvvəlki təkliflərdə, viza üçün müraciət edənlərdən akkauntlarının şifrələri tələb edilirdi.