RUSİYA

Rusiya ordusunun yeni silahının - "Terminator"un görüntüləri yayıldı

Bu maşınlar quru qoşunlarına xüsusilə də tank birləşmələrinə böyük dəstək sayılır
Sputnik

BAKI, 29 mart — Sputnik. Sosial şəbəkələrdə Rusiyanın "Uralvaqonzavod" müəssisəsindən orduya "Ternminator" tanka dəstək döyüş maşınının yola salınması barədə məlumat yayılıb. 

Bu maşınlar quru qoşunlarına xüsusilə də tank birləşmələrinə böyük dəstək sayılır.

Rusiya ordusunun "Terminator"la təmin olunmasına dair müqavilə iki il ərzində həyata keçiriləcək.

On ədəd "Terminator" isə 2018-ci il mayın 9-da Qızıl Meydanda keçiriləcək paradda iştirak edəcək.