TƏHLİL

Ekspert: “Seçki ərəfəsində sorğular həqiqəti əks etdirir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, sorğunun nəticələri gözlənilən kimi oldu
Sputnik

Ekspert: “Seçki ərəfəsində sorğular həqiqəti əks etdirir”
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ABŞ-ın “AJF & Associates, İnc.” təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən “exit-poll” öncəsi aparılmış sorğunun nəticələri açıqlanıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, sorğunu keçirməkdə məqsəd sosioloji araşdırma aparmaq idi: 

“Sosioloji araşdırmanın məqsədi əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi, ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət, siyasi fəallıq səviyyəsi öyrənmək idi. Sorğulara 1500 respondent cəlb olunub. Sorğunun nəticələri gözlənilən kimi oldu. Bizim nəticələr digər sorğu aparan təşkilatların nəticələri ilə də üst-üstə düşür. Sorğunun peşəkarlığına və həqiqəti əks etdirməsinə heç bir şübhəmiz yoxdur”.