TƏHLİL

Deputat: “Putinin yenidən seçilməsi münasibətlərimizi möhkəmləndirəcək”

YAP-çı deputat Aydın Mirzəzadə deyir ki, Vladimir Putinin növbəti prezidentlik müddəti iki ölkə arasındakı münasibətlərin daha da güclənməsinə səbəb olacaq
Sputnik

Aydın Mirzəzadə: “Putin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
“Rusiyada keçirilən seçkilər bütün dünyada olduğu kimi, Azərbaycanın da diqqətində idi”. Bunu Sputnik Azərbaycan-a Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə martın 18-də Rusiyada keçirilən prezident seçkilərinişərh edərkən deyib.

“Rusiya-Azərbaycan münasibətləri dostluq, qardaşlıq şəraitindədir. Seçkilərin müşahidəsi onu göstərdi ki, bu proses demokratik şəraitdə baş tutdu. Müxtəlif siyasi qüvvələrin namizədlərinin təbliğatı üçün bütün şərait yaradıldı. Düşünürəm ki, Putinin yenidən seçilməsi Azərbaycan və Rusiya arasındakı münasibətlərin daha da möhkəmlənəcəyini deməyə əsas verir”, — deyə o bildirib.

Qeyd edək ki, Rusiyada martın 18-də keçirilən prezident seçkilərində Vladimir Putin 76,67% səs toplayaraq yenidən ölkə başçısı seçilib.

Millət vəkilinin geniş şərhinə audio faylda qulaq asa bilərsiniz: