BAKI, 29 mart — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.