Fabrik işçisinin qətl edildiyi üsul heç faşistlərin ağlına gəlməzdi

Fabrikdə 40 yaşlı ölən kişinin iş yerində tez-tez zorakılığa məruz qaldığı məlum olub
Sputnik

BAKI, 29 mart — Sputnik. Hindistanın paytaxtı Dehli şəhərində fabrikdə kişi iş yoldaşının düz bağırsağına hava pompası yeridərək ölümünə səbəb olub. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, fabrikdə 40 yaşlı ölən kişinin iş yerində tez-tez zorakılığa məruz qaldığı məlum olub. Təcavüz edən Anjan Misra adlı kişinin fabrikdə işləmək üçün öldürülən insan tərəfindən tövsiyyə etdiyi bilinir. Bu da cinayət hadisəsini bir qədər çətinləşdirir.

Düz bağırsağına yad cisim daxil edilmiş mərhum Ravinder

Taxta blokları kəsmək üçün istifadə edilən hava kompressorunun düz bağırsağa yeridilməsi zamanı onun daxili orqanlarının zədələnməsinə səbəb olub.

Yaralı öncə dispanserə aparılıb. Ondan sonra səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb. Təcavüzə uğramış kişinin həyatını xilas etmək mümkün olmayıb.