İsraildə Türkiyəyə qarşı böyük təxribat

Qondarma xəritədə Türkiyənin cənub-şərq bölgəsi Kürdüstan, Orta Anadolu bölgəsi Ermənistan, qərb bölgəsi Osmanlı ərazisi kimi əksini tapıb
Sputnik

BAKI, 29 mart — Sputnik. İsrail küçələrində divarlara Türkiyə əleyhinə təxribat xarakterli xəritələr yapışdırılıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, "Erməni soyqırımı 1915" başlığı ilə hazırlanan xəritədə Türkiyə torpaqlarının Ermənistan, Kürdüstan və Osmanlı olaraq parçalandığı görünür.

Qondarma xəritədə Türkiyənin cənub-şərq bölgəsi Kürdüstan, Orta Anadolu bölgəsi Ermənistan, qərb bölgəsi Osmanlı ərazisi kimi əksini tapıb.

Hələlik nə rəsmi Təl-Əviv, nə də rəsmi Ankaradan məsələyə dair açıqlama verilib.