İQTİSADİYYAT

Azərbaycanda İranla müştərək avtomobil zavodu açıldı

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib
Sputnik

BAKI, 29 mart — Sputnik. Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş" ASC və "İran Khodro" şirkətinin birgə "Xəzər" avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub. Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

Dövlət başçıları biznes forumda nitq söyləyiblər.