CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı millət vəkilinə yeni vəzifə verildi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin ilk iclasında məsul şəxslər müəyyənləşib
Sputnik

BAKI, 28 mart — Sputnik. Martın 28-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin ilk iclası keçirilib.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, İdarə Heyəti martın 10-da keçirilmiş konfransda seçilib.

Toplantıda İdarə Heyəti üzvlərinin cavabdeh olduğu sahələr müəyyənləşdirilib. AQC sədri Nüsrət İbrahimovun təklifi ilə 2018-ci il fəaliyyət proqramı, yeni tədris kurslarının təşkili və xərclərin istiqamətləri ətrafında müzakirələr aparılıb və müvafiq məsələlərlə bağlı yekun sənəd qəbul olunub.

AQC İdarə Heyətinin üzvləri- "Koneko Group" şirkətinin direktoru Vüqar Oruc və "ABAK Az CROWE Ltd" şirkətinin direktoru Zamin Hüseynov AQC sədrinin müavinləri seçilib.

AQC hüquqi və fiziki şəxslər olan üzvləri üçün üzvlük haqqının məbləğini müəyyən edib.

Millət vəkili Xanhüseyn Kazımlı Qiymətləndiricilər Şurası, Vüqar Oruc Ekspertiza və Keyfiyyətə nəzarətin təminatı, Zamin Hüseynov xarici əlaqələr, İbrahim Quliyev təlim-tədris, Ramil Osmanlı layihələr, Vaqif Salmanov təşkilati, Fərid Rüstəmov – standartlar, Xəyal İsmayılov hüquqi, Elnur Əsədov əlaqələr üzrə sahələrin cavabdeh şəxsləri müəyyənləşdirilib.