Sosial şəbəkədən kriptovalyutalara qarşı daha bir addım

Qadağa virtual valyutların satışına qoyulub
Sputnik

BAKI, 28 mart — Sputnik. Google və Facebook-dan sonra Twitter kriprovalyutaların reklamına qadağa qoyacağını bildirib. 

Qeyd edək ki, qadağa virtual valyutanın satışı reklamına qoyulub.

Kriptovalyutaların reklam qadağası bir ay ərzində tam tətbiq ediləcək.

Əvvəllər belə qərarları digər internet şirkətləri də vermişdi. Belə ki, yanvarın sonunda Facebook kriptovalyutaların reklamını qadağan etmişdi.

Google şirkəti də yaydan etibarən bu sahədə qadağa tətbiq edəcəyi barədə məlumat verib.