Ordu rəhbərləri arasında mühüm görüş oldu

Azərbaycanın müdafiə naziri Türkiyədə önəmli görüşlərə başlayıb
Sputnik

BAKI, 28 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Görüş Ankarada Zakir Həsənovun Türkiyə səfəri çərçivəsində baş tutub.

Müdafiə naziri Zakir Həsənov Ankaraya Türkiyə Respublikasının milli müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə gedib. Rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.