HADİSƏ

Limandakı partlayış nəticəsində bir neçə fəhlə yaralandı

Liman ərazisindəki insanlar təxliyə edilib
Sputnik

BAKI, 28 mart — Sputnik. İtaliyanın Livorno şəhərinin limanında partlayış baş verib. Partlayış limanın anbarlarından birində baş verib. Partlayışın səbəbi naməlumdur. Hadisə yerinə xilasedicilər gəlib. Hadisə nəticəsində bir neçə fəhlənin yaralandığı bildirilir.

Liman ərazisindəki insanlar təxliyə edilib.

Livorno İtaliyanın Toskana əyalətinin iri liman şəhəridir. Şəhər Liquriya dənizinin sahilində yerləşir.