Bu ölkənin baş naziri xəstəxanaya yerləşdirildi

Həkimlər hesab edirlər ki, Netanyahu iki həftə əvvəlki soyuqdəymədən sonra kifayət qədər istirahət etməyib
Sputnik

BAKI, 28 mart — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu çərşənbə axşamı yüksək hərarət və güclü öskürəklə Qüdsün "Hadassa Eyn-Karem" tibb mərkəzinə yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə yerli "Yedioth Ahronoth" qəzeti yazıb.

Nəşrin məlumatına görə, həkimlər hesab edirlər ki, Netanyahu iki həftə əvvəlki soyuqdəymədən sonra kifayət qədər istirahət etməyib. Və bu da xəstəlik simptomlarının pisləşməsinə səbəb olub.