HADİSƏ

Çılpaq halda dama çıxdı, yalnız bundan sonra sakitləşdi

Binanın qarşı tərəfində inşaat işləri görən Mehdi Yıldız gəncin intihar edəcəyini düşünərək təcili yardıma zəng edib
Sputnik

BAKI, 28 mart — Sputnik. İzmit şəhərinin İnönü prospektində 7-mərtəbəli binanın damında maraqlı hadisə yaşanıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olan Serhat K. çılpaq olaraq damda oturub.

Binanın qarşı tərəfində inşaat işləri görən Mehdi Yıldız gəncin intihar edəcəyini düşünərək təcili yardıma zəng edib. Təcili yardım əməkdaşlarının binanın damına çıxmaqda çətinlik çəkdiyi üçün gənc çılpaq vəziyyətdə bir qədər də damda oturub. Bu zaman Mehdi Yıldız gənclə söhbət edərək onu fikrindən daşındırmağa çalışıb.

Mehdi Yıldız gəncə çay içmək təklifi edib. Gənc razı olan zaman polis tərəfindən yerə düşürülüb.