Absurd iddiasını sübut etmək üçün düzəltdiyi raketə minərək göyə qalxdı - VİDEO

Kaliforniyada öz düzəltdiyi raketlə 575 metrə qədər hündürlüyə çıxmağı bacaran Hughes Mojave çölünə düşərək yaralanıb
Sputnik

BAKI, 27 mart — Sputnik. Dünyanın düz olduğunu sübut etmək istəyən amerikalı Mike Hughes raketə minərək göyə qalxıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, Kaliforniyada öz düzəltdiyi raketlə 575 metrə qədər hündürlüyə çıxmağı bacaran Hughes Mojave çölünə düşərək yaralanıb.