HADİSƏ

Daun sindromlu ərəb turist itib

Turist bu gün səhər saat 5.30-da Bakıdakı "Winter Park Hotel"i tərk edib
Sputnik

BAKI, 27 mart — Sputnik. Daun sindromlu turist Azərbaycanda itib.

Sputnik Azərbaycan sosial şəbəkələrə istinadən xəbər verir ki, Sultan Abdalla adlı ərəb turistin 19 yaşı var. O, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır.

Sultan Abdalla

Turist bu gün səhər saat 5.30-da Bakıdakı "Winter Park Hotel"i tərk edib. O vaxtdan onun barəsində xəbər yoxdur. Turistin xəstəliyi ilə əlaqədar yaddaş problemi var.

Bu şəxsi görənlərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur: 051 660 64 44; 055 361 11 65.