SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident respublika müşavirəsi keçirdi

Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyib
Sputnik

BAKI, 26 mart — Sputnik. Martın 26-da prezident İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilib.

İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib

Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.

Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, "MKT İstehsalat Kommersiya" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, "Azərpambıq" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.

İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.