SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xarici Kəşfiyyat Xidmətinin rəisi təltif olundu

Xarici Kəşfiyyat Xidmətinin rəisi "Vətənə xidmətə görə" ordeni aldı
Sputnik

BAKI, 26 mart — Sputnik. Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram.

Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".