BAKI, 26 mart — Sputnik. Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın zamanı ölənlərin sayı 40 nəfərə çatıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, yanan binada hələ də 30-dan çox adam qalır. Amma operativ qərargahdan bildiriblər ki, belə bir yanğında insanların sağ qalma ehtimalı yoxdur. Buna baxmayaraq, xilasedicilər içəridə qalan adamlara yetişmək üçün bütün qüvvələri səfərbər ediblər.
Bundan əvvəl operativ qərargah 37 nəfərin öldüyünü təsdiq edib. Daha 69 nəfər itkin düşmüş sayılır. Onlardan 40 nəfəri 2-13 yaşlı uşaqlardır.