Yaponiyada güclü zəlzələ olub

Təkanlar Tokio prefekturasının Xatidze yaşayış məntəqəsindən 50 km cənub-şərqdə və Honsyu adası sahillərinin 255 kilometrliyində qeydə alınıb
Sputnik

BAKI, 25 mart — Sputnik. Yaponiya sahillərindən cənub-şərqdə 6,1 bal gücündə zəlzələ baş verib.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 23:37-də (Bakı vaxtı ilə 18:37-də) qeydə alınıb.

Ölkənin seysmoloji xidmətinin məlumatına görə, yeraltı təkanlar Tokio prefekturasının Xatidze yaşayış məntəqəsindən 50 km cənub-şərqdə və Honsyu adası sahillərinin 255 kilometrliyində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 40 km dərinliyində yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.