Porno ulduzun vəkili Trampı sübutla hədələdi

"Bu məsələdə çox açıq danışmaq istəyirəm. Bu bir xəbərdarlıqdır"
Sputnik

BAKI, 25 mart — Sputnik. Porno aktrisa Stormy Danielin vəkili Maykl Avenatti ABŞ prezidenti Donald Trampı təhdid edib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, porno ulduz Stormy Danielin vəkili Maykl Avenatti əllərindəki bir CD-nin fotosunu paylaşaraq Trampı hədələyib. Vəkil bu diskin porno ulduz ilə Tramp arasında əlaqənin sübutu olduğunu deyib: "Bu məsələdə çox açıq danışmaq istəyirəm. Bu bir xəbərdarlıqdır".

Bəzi iddialara görə, vaxtilə Donald Trampla Stormy Daniel arasında cinsi əlaqə olub. Prezident seçkiləri ərəfəsində isə bu barədə açıqlama verməməsi üçün porno aktrisaya 130 min dollar pul ödənilib.

Amma 130 min dollarlıq məxfi sözləşmənin Tramp tərəfindən imzalanmadığını və əməl edilmədiyini deyən porno ulduz müqavilənin etibarsız olması səbəbilə Trampı məhkəməyə vermişdi.

Trampın vəkilləri isə məxfilik sözləşməsini ən az 20 dəfə pozduğu üçün keçən həftə Stormy Danielə qarşı 20 milyon dollarlıq təzminat davası açıblar.

Amerika ictimaiyyəti, porno ulduzla cinsi əlaqədə olmadığını bildirən Trampın yalan söylədiyinin ortaya çıxdığı təqdirdə onun impiçmentə məruz qala biləcəyini düşünür.