Terrorçuların inanılmaz böyüklükdə mağarası aşkarlandı - VİDEO

Ağar paylaşdığı videonun altından "Heyrətamiz desəm belə, yetməyəcək. Bu, heyrətamizdən də o yanadır" yazıb
Sputnik

BAKI, 25 mart — Sputnik. Türkiyənin təhlükəsizlik üzrə mütəxəssisi və ehtiyatda olan hərbçi Abdullah Ağar Afrində terrorçulara aid böyük bir mağara və bu mağaraya aparan çox dərin yolun videosunu paylaşıb.

Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, qayaların arasında yerləşən gizli yolun xüsusi texnika vasitəsilə qazıldığı ehtimal edilir. Çox böyük bir mağaraya aparan yol hərbi texnika və maşınları asan şəkildə gizlətmək üçün yetərlidir.

Ağar paylaşdığı videonun altından "Heyrətamiz desəm belə, yetməyəcək. Bu, heyrətamizdən də o yanadır" yazıb.