Separatçı lider saxlanıldı

Karlos Puçdemon Finlandiyadan Belçikaya gedərkən, Danimarka sərhədini keçmək istəyən zaman Almaniyada saxlanılıb
Sputnik

BAKI, 25 mart — Sputnik. Almaniya polisi Kataloniya jeneralitetinin keçmiş lideri Karlos Puçdemonu Danimarka ilə sərhəddə saxlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun vəkili Twitter mikrobloqunda yazıb: "Karlos Puçdemon Finlandiyadan Belçikaya gedərkən, Danimarka sərhədini keçmək istəyən zaman Almaniyada saxlanılıb".

Puçdemon hazırda komissarlığın binasındadır. Vəkil etiraf edib ki, polislər separatçı liderə qarşı korrekt münasibət göstərirlər. Onun sözlərinə görə, Puçdemon məhkəmənin qarşısına çıxmaq üçün Belçikaya gedirmiş.

Qeyd edək ki, martın 23-də İspaniya Ali məhkəməsinin hakimi Pablo Leryana Puçdemonun və onun daha bir neçə müşavirinin həbsi üçün ümumavropa orderi verib.