CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsmayıllı silkələndi

Yerin 12 kilometr dərinliyində baş verən zəlzələnin gücü episentrdə 3,4 bal olub
Sputnik

BAKI, 25 mart — Sputnik. İsmayıllıda zəlzələ olub. Sputnik Azərbaycan-ın məlumatına görə, zəlzələ Bakı vaxtı ilə 22.04  radələrində İsmayıllı şəhərindən 13 km şimal-qərbdə, İsmayıllı rayonu ərazisində qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmətindən verilən məlumata görə, yerin 12 kilometr dərinliyində baş verən zəlzələnin gücü episentrdə 3,4 bal olub.

Zəlzələ hiss olunmayıb.