Dünyanın ən bahalı və ucuz şəhərləri hansılardır? - SİYAHI

Birinci yeri artıq beşinci ildir dalbadal Sinqapur tutub
Sputnik

BAKI, 25 mart — Sputnik. Dünyanın ən bahalı və ucuz ölkələrinin siyahısı açıqlanıb. Sputnik Azərbaycan "The Telegraph"a istinadən xəbər verir ki, siyahı 133 şəhər üzrə aparılan araşdırma nəticəsində tərtib edilib.

Birinci yeri artıq beşinci ildir dalbadal Sinqapur tutub. İkinci yerdə mövqeyini 5 pillə "yaxşılaşdıran" Paris tutur. İlk üçlüyü 1 pillə "yuxarı qalxan" Sürix tamamlayır.

Sürətlə bahalaşan şəhərlər atasında Oslo və Sidneyi göstərmək olar. Oslo 11-ci yerdən 5-ci yerə, Sidney isə 14-cü yerdən 10-cu yerə qalxıb.

Ən kasıb şəhərlər arasında birinciliyi Suriyanın Dəməşq şəhəri tutub. Ötən il birinci olan Almatı isə 3-cü pilləyə düşüb. İlk onluğa Karakas (Venesuela), Laqos (Nigeriya), Banqalor (Hindistan), Kəraçi (Pakistan), Əlcəzair (Əlcəzair), Çennay (Hindistan), Buxarest (Rumıniya) və Nyu-Deli (Hondistan) də daxildir.