Məlahət Mürşüdlü: “Pedaqoji kadrlar müasir tələblərə uyğun hazırlanmalıdır”
“Ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir ki, məzun həmin proqramla məktəbə gələ bilsin”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədi Məleykə Abbaszadə deyib.
Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, son dövrlər pedaqoji universitetlərin məzunları məktəblərə hazır gələ bilmirlər:
“Çünki universitetlərdə təlim prosesi orta məktəblərin tədris metodlarına uyğunlaşdırılmış şəkildə keçirilmir. Gənc müəllimlər tədris edəcəkləri fənnin məzmunun metod və formalarının tətbiqində çətinlik çəkirlər. Universitet rəhbərlikləri bu məsələyə diqqət yetirməlidirlər”.