CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcra başçısının maşınının üstünə ağac düşdü - FOTO

Ağacın "BMW" markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb
Sputnik

BAKI, 25 mart — Sputnik. Masallıda güclü külək fərdi evlər, yaşayış binaları və sosial obyektlərlə yanaşı, avtomobillərə də zərər yetirib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun xidməti avtomobilinin üzərinə də ağac aşıb.

Masallı rayon İH başçısının xidməti avtomobili

Ağacın "BMW" markalı avtomobilin üzərinə aşması nəticəsində avtomobilin ön şüşəsi sınıb, digər avadanlıqları da zərər görüb.

Bakının əfsanəsinin üstünə ağac aşdı

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayan güclü külək Lerik, Lənkəran və Masallı rayonlarında fəsadlar törədib. Külək Lerikdə əsasən elektrik təsərrüfatına ziyan vurub, işıq dirəkləri və naqillər qırılıb. Bundan başqa, bir neçə fərdi yaşayış evinin dam örtüyünə də ziyan dəyib.

Lənkəranda da külək fəsadsız ötüşməyib, əsasən fərdi evlərin dam örtüyünə ziyan dəyib. Rayonun Biləsər kəndində külək bir neçə evin damını uçurub. Analoji vəziyyət Masallı rayonunda da yaşanıb. Külək Masallı rayonunda ağacları aşırıb, fərdi evlərin, yaşayış binalarının və sosial obyektlərin dam örtüklərini uçurub.

1 / 4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
2 / 4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
3 / 4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar
4 / 4
Cənub bölgəsində güclü küləyin törətdiyi fəsadlar

Güclü külək Cəlilabad rayonunun Ləkin, Buravar, Şatırlı, Əsədli, Badamağacı kəndlərində də fəsadlar törədib. Nəticədə elektrik dirəkləri aşıb, naqillər qırılıb və elektrik enerjisinin ötürülməsində fasilə yaranıb. Bundan başqa, külək evlərin dam örtüklərini də uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.