BAKI, 24 mart — Sputnik. Afrində əhalini və təhlükəsizlik qüvvələrini hədəf alan terrorçuların yerləşdirdiyi əldəqayırma partlayıcıların təmizlənməsi davam edir.
Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində kustar üsulla hazırlanmış dörd ədəd partlayıcı qurğunun məhv edildiyini açıqlayıb.
Həmçinin Şeyx Hədid bölgəsində terrorçuların istifadə etdiyi tunellərin girişlərində quraşdırılan on ədəd partlayıcı da zərərsizləşdirilib.
Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı
© Photo : Milliyet.com.tr
Türkiyə Silahlı Qüvvələri partlayıcı və bombalı tələlərin fotolarını "Twitter" ünvanından yayımlayıb. Onlar terrorçuların qaçarkən geridə qoyduğu xəyanətkar tələləri yaymaqla, onların iş üzünü bütün dünyaya göstəriblər.