BAKI, 24 mart — Sputnik. Latviya və Çexiya da rus diplomatların ölkələrindən çıxarılacağını açıqlayıb.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Böyük Britaniyanın rus diplomatları deportasiya qərarının ardından Latviya da Skripal qalmaqalı ilə bağlı rus diplomatların ölkədən çıxarılacağını açıqlayıb.
Digər tərəfdən Çexiyanın baş naziri Andrej Babis də ölkəsinin böyük ehtimalla rus diplomatları deportasiya edəcəyini bildirib.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızının Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsindən sonra 23 rus diplomat bu ölkədən deportasiya edilmişdi. Böyük Britaniya ilə Rusiya arasında yaşanan casus böhranının ardından iki ölkə qarşılıqlı olaraq bir-birinin diplomatları haqqında deportasiya qərarı verib, Avropa İttifaqı isə Rusiyadakı səfirini geri çəkib.