Səhəri pis xəbərlə açdıq: Türkiyədə ağır avtobus qəzası baş verib

Hadisə yerində polislər, xilasetmə qrupları və tibb işçiləri çalışırlar
Sputnik

BAKI, 24 mart — Sputnik. Türkiyədə Aksaray-Ankara şosesində sərnişin avtobusu qəza törədib. Qəza nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, ilkin məlumata görə, avtobusun sürücüsü ürək tutması keçirib, idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza, Acıpınar kəndi yaxınlığında baş verib. Avtobus İstanbuldan Adıyamana gedirmiş.

Hadisə yerində polislər, xilasetmə qrupları və tibb işçiləri çalışırlar. Yaralılar təcili yardımlarla xəstəxanalara aparılıb.