TƏHLİL

Həkim yoluxucu xəstəliklərin yayılmasında pulun rolundan danışır

Həkim Adil Qeybulla deyir ki, əsginas və dəmir pullardan xəstəliklərin yayılması günü-gündən öz yükünü azaldır
Sputnik

Adil Qeybulla: “Gigiyenik qaydalara riayət olunarsa, heç bir qorxu olmaz”
“Pul və ya əşyadan virusa yoluxma halları dünyada belə, ciddiyə alınmayan haldır”. Bunu yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların rolu barədə Sputnik Azərbaycan-a danışarkən həkim Adil Qeybulla deyib.

“Artıq pullardan istifadə get-gedə azalır və kartlar vasitəsi ilə ödəniş edirlər. Ona görə də bu məsələ günü-gündən öz yükünü azaldır. Həm də pullar adi kağızdan deyil, xüsusi materialdan hazırlanır Gigiyenik qaydalara riayət olunarsa, heç bir qorxu olmaz” — deyə o bildirib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların rolu olduğunu açıqlamışdı.