Trampdan növbəti kadr dəyişikliyi

Ağ Evdən verilən açıqlamada Tramp ilə qarşılıqlı olaraq anlaşılan Makmasterin vəzifəsindən istefa verdiyi bildirilib
Sputnik

Bakı, 23 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi general-leytenant Qerbert Makmasteri istefaya göndərib. Sputnik Azərbaycan"Milliyyet"ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Tramp ilə qarşılıqlı olaraq anlaşılan Makmasterin vəzifəsindən istefa verdiyi bildirilib. 

Tramp Tillersonu dövlət katibi postundan qovdu

Açıqlamada Makmasterin vəzifəsindən ayrılmasının ardınca yerinə ABŞ-ın keçmiş Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Con Boltonun gətiriləcəyi bildirilib. 

Ölkəsinə xidmətlərinə görə Makmasterə təşəkkür edən Tramp onun uğurlarına görə ABŞ-ın iqtisadi və hərbi üstünlüyünü qoruyub saxladığını qeyd edib. 

Makmaster isə bildirib ki, 34 illik xidmətindən sonra bu yaz ABŞ Ordusundan təqaüdə çıxacaq. 

ABŞ mətbuatında 9 apreldə vəzifəyə başlayacağı gözlənilən Con Boltonun xarici siyasət məsələlərini məsləhətləşmək üçün Tramp ilə tez-tez görüşdüyü bildirilir. İkilinin dünən Ağ Evdə xüsusi bir görüşünün baş tutduğu da qeyd edilir.