Sumqayıtda 3 yaşlı körpə qaynar suda yandı

Müayinə olunan 3 yaşlı uşağa 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və bədənin 3 də 1 hissəsi yanıb
Sputnik

Bakı, 23 mart — Sputnik. Sumqayıt şəhərində 3 yaşlı körpənin üzərinə qaynar su ilə dolu qab aşıb, o, ağır yanıq xəsarəti alıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Tural Azər oğlu Şükürov evdə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.

Azyaşlı yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Müayinə olunan 3 yaşlı uşağa 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və bədənin 3 də 1 hissəsi yanıb. Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti qənaətbəxşdir və müalicəyə cəlb olunub.