Rusiyadan Azərbaycana qaçdı - Masallıda güllələndi

Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb
Sputnik

Bakı, 23 mart — Sputnik. Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.

"Report"un Cənub bürosu xəbər verir ki, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.

Faktla bağlı araşdırma aparılır.